Sosial Xidmət Mərkəzlərinin benefisiarları üçün növbəti motivasiya görüşü təşkil edilib

Hit: 254
Sosial Xidmət Mərkəzlərinin benefisiarları üçün növbəti motivasiya görüşü təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində “Motivasiya görüşləri” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib. Görüşün budəfəki qonağı loqoped Aynur Musayeva olub.
 
Eşitmə məhdudiyyətli övladı olan Aynur Musayeva övladı ilə birlikdə keçdiyi həyat yolundan, qazandığı təcrübələrdən, qarşılaşdığı çətinliklərdən və valideynlik bacarıqlarının formalaşmasına müsbət təsir göstərən amillərdən danışıb. 
 
O, övladı Fuad Musayevin Prezident təqaüdçüsü kimi əldə etdiyi uğurlardan, xalçaçı-rəssam kimi yerli və beynəlxalq sərgilərdə Azərbaycanı təmsil etməsindən, həmçinin qazandığı nailiyyətlərdən bəhs edib. Aynur Musayeva vurğulayıb ki, bu uğurlar ailənin övladına olan inamının, davamlı dəstəyinin və məqsədyönlü fəaliyyətinin nəticəsidir.
 
Qonaq övladların potensialına inanmağın, onların inkişaf prosesində fəal iştirak etməyin və gələcəyə daha inamla yanaşmağın vacibliyindən danışıb.
 
Qeyd edək ki, layihə çərçivəsində keçirilən görüşlər valideynlər arasında qarşılıqlı dəstək mühitinin formalaşmasına, müsbət təcrübələrin paylaşılmasına, eləcə də onların psixososial rifahının gücləndirilməsinə xidmət edir.






Redaktorun seçimi