Tədris Cərrahiyyə Klinikasının əməkdaşı dövlət təltifinə layiq görülüb

Hit: 159
Tədris Cərrahiyyə Klinikasının əməkdaşı dövlət təltifinə layiq görülüb
Azərbaycan Tibb Universitetinin Ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının cərrahı, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının sədri Oktay Mehdiyev və Assosiasiyanın Qubadlı şəhəri üzrə tibbi koordinatoru, stomatoloq Ağa Məmmədov Dövlət Sərhəd Xidməti tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunublar, təltif 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü çərçivəsində verilib.
Təltif onların dövlət qurumları ilə səmərəli əməkdaşlıq çərçivəsində həyata keçirdikləri fəaliyyətə, vətənpərvərlik ruhunda gördükləri işlərə, eləcə də ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsinə verdikləri töhfəyə verilən yüksək qiymətin ifadəsidir.
 
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının kollektivi Oktay Mehdiyevi və Ağa Məmmədovu bu nüfuzlu dövlət təltifi münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayır.






Redaktorun seçimi