Üçbulaq kənd sakinlərinin müraciətləri dinlənilib
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Üçbulaq kəndində sakinlərlə səyyar görüş keçirərək səsləndirilən müraciətləri dinləyib.
Səyyar qəbulda yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbul zamanı səsləndirilən müraciətlər nəzarətə götürülərək, onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və yaradılmış şəraitə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.




































































