“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirilib

Hit: 154
“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə həyata keçirdiyi “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri ilə rəsmi görüş keçirilib.
 
Görüşün məqsədi proqramın qaliblərini bir araya gətirərək onları təşəbbüsün növbəti mərhələsi ilə tanış etmək, innovasiya və süni intellekt sahəsində mövcud imkanlar, gələcək inkişaf istiqamətləri və proqram çərçivəsində yaradılan perspektivlər ətrafında fikir mübadiləsi aparmaq olub. Görüş zamanı iştirakçılar Gənclər Fondu və Bakcell-in gənclərin innovasiya potensialının inkişafına yönəlmiş strateji yanaşmaları barədə ətraflı məlumat əldə ediblər.
 
Azərbaycan Respublikasının Gənclər Fondu və “Bakcell”in birgə tərəfdaşlığı ilə həyata keçirilən bu təşəbbüsün əsas məqsədi gənclərin rəqəmsal və innovasiya bacarıqlarının inkişaf etdirilməsi, ölkədə innovasiya ekosisteminin gücləndirilməsi və gənc mütəxəssislərin hazırlanmasına töhfə verməkdir.






Redaktorun seçimi