ADAU-da 2025/2026-ci il tədris ilinin nəticələri ilə bağlı Elmi Şuranın yekun iclası keçirilib

Hit: 163
ADAU-da 2025/2026-ci il tədris ilinin nəticələri ilə bağlı Elmi Şuranın yekun iclası keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2025/2026-cı il tədris ilinin nəticələri ilə bağlı Elmi Şurasının yekun iclası keçirilib.
 
İclasda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov 2025/2026-cı tədris ilində universitetdə həyata keçirilən fəaliyyətlər, əldə olunan nailiyyətlər və qarşıda duran əsas hədəflər barədə ətraflı məlumat verib.
 
Rektor çıxışında universitetin tədris, elm, beynəlxalq əməkdaşlıq, innovasiya və rəqəmsallaşma istiqamətlərində əldə etdiyi uğurları diqqətə çatdırıb. Bildirib ki, hesabat dövründə universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı və tələbəyönümlü mühitin formalaşdırılması istiqamətində mühüm işlər görülüb.
 
Qeyd olunub ki, ADAU beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdırıb, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirib, eləcə də tələbə və müəllimlərin akademik mobilliyinin artırılması istiqamətində uğurlu nəticələr əldə edib.
 
İclasda Şura üzvləri müzakirə olunan məsələlər barədə fikir və təkliflərini bildiriblər.
 
Daha sonra Universitetin bir neçə əməkdaşına yubileyləri və səmərəli fəaliyyətləri münasibətilə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.






Redaktorun seçimi