General yüksək vəzifəyə təyin edildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) yeni təyinat olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, general-mayor Ramil Həsənov SOMDA rəisi Sərdar Səfərovun müavini təyin edilib.
Qeyd edək ki, R.Həsənov Vətən müharibəsi iştirakçısıdır. General bundan əvvəl hüquq-mühafizə orqanlarında xidmət edib.





































































