“Gənc İstedadlar” yarışmasının final mərhələsi keçirildi
Tədbirdə Mingəçevir İcra Hakimiyyətinin sektor mudiri Elşən Əliyev, layihə rəhbəri Ləman Bəylərova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli, jurnalist İnqilab Şirinli, Mingəçevir Turizm Kollecinin rəhbəri Kamal Əhmədov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Gənclər Evinin direktoru Eşqin Məmmədov, və digər ictimaiyyət nümayəndələri iştirak etdilər. Yarış iştirakçıları sertifikatlarla təltif olundu.
Tədbirin bədii hissəsi musiqili və əyləncəli proqramla davam etdi.





































































