Məktəbəqədər təhsil müəssisələrinin müdirləri ilə görüş keçirilib
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri məktəbəqədər təhsil müəssisələrinin müdirləri ilə görüş keçirib.
Görüşdə aparılmış monitorinqlərin nəticələri müzakirə olunub, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülən tədbirlərdən bəhs edilib.
Eyni zamanda tədris-pedaqoji sənədlərin normativ tələblərə uyğun aparılması, müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Bununla yanaşı uşaqların sağlam və hərtərəfli inkişafını dəstəkləyən təhlükəsiz mühitin formalaşdırılması, keyfiyyətli təlim-tərbiyə prosesinin təşkili və daxili nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.



































































