Moldova nümayəndə heyəti “DOST Çağrı Mərkəzi 142”-nin fəaliyyəti ilə tanış olub

Hit: 150
Moldova nümayəndə heyəti “DOST Çağrı Mərkəzi 142”-nin fəaliyyəti ilə tanış olub
Ölkəmizdə səfərdə olan Moldova Respublikasının Sosial Sığorta üzrə Milli Kassasının nümayəndə heyəti “DOST Çağrı Mərkəzi 142” MMC-ni ziyarət edib.
 
Qonaqlar Çağrı Mərkəzinin fəaliyyət göstərdiyi iş sahələrinə baxış keçirib, operatorların iş prosesi ilə tanış olublar.
 
Nümayəndə heyəti üçün mərkəzin fəaliyyətinə dair geniş təqdimatlar keçirilib. “DOST Çağrı Mərkəzi 142” MMC-nin direktoru Bəxtiyar Məmmədov sosial sahələr üzrə müraciətlərin operativ şəkildə qəbul və cavablandırılması mexanizmləri, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq olunan innovativ həllər barədə məlumat verib.
 
Xidmət keyfiyyətinin təmin edilməsi, performans göstəricilərinin tətbiqi, əks əlaqə sistemləri, onlayn çat və digər müasir rəqəmsal kommunikasiya kanallarının idarə olunması təcrübəsi əyani şəkildə qonaqların diqqətinə çatdırılıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.






Redaktorun seçimi