AzTU-nun SABAH qrupları üzrə 219 tələbə məzun oldu
Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2026” tədbiri keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət və özəl qurumların rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, SABAH layihəsi ali təhsil müəssisələrində akademik mühitin gücləndirilməsi, istedadlı gənclərin potensialının reallaşdırılması və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən ən mühüm təşəbbüslərdən biridir.
SABAH məzun tədbirində iştirak edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev ən yüksək göstəriciləri ilə fərqlənən AzTU-nun SABAH qruplarının məzunlarını təltif edib.
Qeyd edək ki, 2025/2026-cı tədris ilində AzTU-nun SABAH qrupları üzrə ümumilikdə 219 tələbə (102 bakalavr, 117 magistr) təhsilini başa vuraraq məzun olub.

































































