Yerli assosiasiyalar ilə birgə əməyin mühafizəsi sahəsində təlimlər davam edir

Hit: 172
Yerli assosiasiyalar ilə birgə əməyin mühafizəsi sahəsində təlimlər davam edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən əməyin mühafizəsi sahəsində növbəti maarifləndirmə təlimi keçirilib.
 
Təlim Əməyin Mühafizəsi Mərkəzi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Təlimin əsas məqsədi müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, əməyin mühafizəsi sahəsində biliklərin artırılması və qabaqlayıcı yanaşmaların təşviq edilməsidir.
 
Təlimdə 9 müəssisədən ümumilikdə 16 iştirakçı iştirak edib.
 
İştirakçılara əməyin mühafizəsi üzrə mövcud qanunvericilik, təhlükəsiz iş şəraitinin yaradılması, risklərin idarə olunması mexanizmləri, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, eləcə də “Vision Zero” konsepsiyası barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu yanaşmalar iş yerlərində risklərin minimuma endirilməsinə və davamlı təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına xidmət edir.
 
Bildirilib ki, biznes assosiasiyaları ilə birgə təşkil olunan bu cür təlimlər işəgötürənlərin əməyin mühafizəsi sahəsində maarifləndirilməsinə, məsuliyyətinin artırılmasına və qabaqlayıcı tədbirlərin effektiv tətbiqinə mühüm töhfə verir.






Redaktorun seçimi