Emil Tağıyev rayon ictimaiyyətinə təqdim edilib
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının yeni təyin olunmuş sədri Emil Tağıyev rayon ictimaiyyətinə təqdim edilib.
Təqdimat mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək əziz xatirəsini dərin ehtiramla anıblar.
Təqdimat mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyasının ölkədə ən güclü, monolit siyasi təşkilat olduğunu bildiriblər. Qeyd edilib ki, Şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz parlaq gələcəyə doğru daha inamla irəliləyir.
Partiya fəalları YAP-ın Azərbaycan xalqının böyük inam və etimadını qazandığını, ümumxalq partiyasına və qələbələr partiyasına çevrildiyini diqqətə çatdırıblar. Yeni sədrə fəaliyyətində uğurlar arzulayıblar.




































































