Naxçıvanda “Mühafizəçi” kursunun müdavimləri üçün əməyin mühafizəsi üzrə təlim keçirilib

Hit: 154
Naxçıvanda “Mühafizəçi” kursunun müdavimləri üçün əməyin mühafizəsi üzrə təlim keçirilib
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə “Mühafizəçi” kursunun müdavimləri üçün növbəti maarifləndirmə təlimi keçirilib.
 
Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində təşkil olunan təlimdə 20 müdavim və 1 müəllim olmaqla ümumilikdə 21 nəfər iştirak edib.
 
İştirakçılara əməyin mühafizəsi ilə bağlı ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, eləcə də bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə məlumat verilib.
 
Mərkəzin iclas zalında keçirilən təlim filialın II rüb üzrə təlimlər qrafikinə uyğun təşkil olunub.






Redaktorun seçimi