Şirvan Milli Parkında ekoloji maarifləndirici tədbir keçirilib

Hit: 156
Şirvan Milli Parkında ekoloji maarifləndirici tədbir keçirilib
Beynəlxalq Polietilen Paketdən İmtina Günü və 5 iyul – Şirvan Milli Parkının yaranması münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Tullantısız təbiət, zəngin biomüxtəliflik” mövzusunda ekoloji maarifləndirici tədbir təşkil olunub.
 
Tədbirdə Nazirliyin nümayəndələri, ASAN Könüllüləri, ekokönüllülər, Xəzər Universitetinin tələbələri və Biləsuvar rayonunun Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
 
İştirakçılar üçün ekoloji təlimlər, interaktiv sessiyalar, tematik master-klasslar və viktorina təşkil olunub, tullantılar mövzusunda rəsm və əl işləri nümayiş etdirilib.
Tədbir çərçivəsində keçirilən safari turu zamanı iştirakçılar Şirvan Milli Parkının zəngin biomüxtəlifliyi ilə yaxından tanış olub, ceyranları təbii yaşayış mühitində müşahidə etmək imkanı əldə ediblər.
 
Tədbirin əsas məqsədi birdəfəlik istifadə olunan polietilen paketlərin ətraf mühitə mənfi təsirləri barədə məlumatlılığı artırmaq, dayanıqlı istehlak vərdişlərini, məsuliyyətli turizmi və tullantısız səyahət yanaşmalarını təşviq etmək olub.






Redaktorun seçimi