Ahıllar üçün də günərzi qayğı mərkəzləri fəaliyyət göstərir

Hit: 173
Ahıllar üçün də günərzi qayğı mərkəzləri fəaliyyət göstərir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri çərçivəsində respublikanın 6 şəhər və rayonunda ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir.
 
Bakı, Gəncə, Sumqayıt  şəhərlərində və Lənkəran, Qazax və Tovuz rayonlarında yerləşən bu mərkəzlərdə tənha ahıllara sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir. 
 
Əmək qabiliyyətli ailə üzvləri ilə birgə yaşamayan 200-ə yaxın ahıl günərzi qayğı mərkəzlərinin xidmətləri ilə əhatə olunur.






Redaktorun seçimi