Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirilib

Hit: 159
Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması məqsədilə Lənkəran şəhəri, eləcə də rayonun Aşağı Nüvədi, Girdəni və Separadi kəndlərində monitorinqlər və mübarizə tədbirləri həyata keçirib.
 
Monitorinqlər zamanı AQTA-nın əməkdaşları və Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fitosanitar Nəzarəti Mərkəzinin mütəxəssisləri tərəfindən karantin tətbiq edilən təhlükəli zərərvericinin - Amerika ağ kəpənəyinin birinci nəsil populyasiyası aşkarlanıb. Bununla əlaqədar operativ mübarizə tədbirlərinə başlanılıb.
Zərərvericinin yayılmasının qarşısını almaq məqsədilə bu ərazilərdə mexaniki və kimyəvi mübarizə üsulları tətbiq edilib. Kimyəvi mübarizə tədbirləri həyata keçirilərkən insan və heyvan sağlamlığının, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə ciddi riayət olunub.
 
Bununla yanaşı, təsərrüfat sahibləri və vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb. Onlara Amerika ağ kəpənəyinin kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərər, zərərvericinin vaxtında aşkar edilməsi, aqrotexniki qulluq və mübarizə üsulları barədə ətraflı məlumat verilib.






Redaktorun seçimi