Qərbi Azərbaycan İcmasının hesabat iclası keçirilib

Hit: 171
Qərbi Azərbaycan İcmasının hesabat iclası keçirilib
Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
 
İclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov  hesabat dövründə görülmüş işlərin əhəmiyyətindən bəhs edib, Komissiyanın fəaliyyətinin şəffaflıq, səmərəlilik və institusional inkişaf prinsipləri əsasında davam etdirildiyini bildirib.
V.Novruzov qeyd edib ki, Nəzarət-Təftiş Komissiyasının əsas məqsədi İcmanın fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərin sistemli şəkildə qiymətləndirilməsi, hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi və gələcək fəaliyyətin daha səmərəli təşkilinə töhfə verməkdir. O vurğulayıb ki, qarşıdakı dövrdə də fəaliyyətin keyfiyyətinin artırılması və yeni təşəbbüslərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.
 
Daha sonra  Nəzarət-Təftiş Komissiyasının üzvü Afiqə Bayramova hesabatla bağlı geniş məlumat təqdim edib. O, ilk yarımillik ərzində görülən işlər, həyata keçirilmiş fəaliyyət istiqamətləri və əldə olunan nəticələr barədə ətraflı danışıb, eyni zamanda qarşıdakı dövr üçün nəzərdə tutulan yeni təşəbbüs və təkliflər barədə məlumat verib.
İclasda çıxış edən digər iştirakçılar, komissiya üzvləri - Tofiq Süleymanov, Elxan Qəmbərov, Adilə Həsənova, Qərbi Azərbaycan İcması Aparatının böyük koordinatoru Cəmilə Fəyyaz, baş mühasib Zərqələm İsayeva da fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində fikir və təkliflərini səsləndirib, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının  II yarımil üzrə fəaliyyət planında nəzərdə tutulmuş işlərin konkret icraçılar üzrə bölgüsü təsbit edilmişdir. Eyni zamanda 2026-cı ilin ilk yarımilliyinə dair hesabatı iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.






Redaktorun seçimi