Vüqar Novruzov şəhid övladı ilə görüşüb

Hit: 175
Vüqar Novruzov şəhid övladı ilə görüşüb
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi şəhidi Ceyhun Niftəliyevin övladı Niftəliyeva Ayan Ceyhun qızını qəbul edib.
 
A.Niftəliyeva 2025/2026-cı tədris ilində Göygöl rayon Texniki, Təbiət Fənləri Təmayüllü Liseyini bitirib. Buraxılış imtahanlarında 290 bal, qəbul imtahanında isə IV ixtisas qrupu üzrə 365,9 bal toplayaraq ümumilikdə 655,9 bal nəticə göstərib. Buraxılış və qəbul imtahanlarında topladığı ümumi bala görə rayon üzrə birinci yeri tutub.
Xatırladaq ki, Ayan Niftəliyeva 2023-cü ildə keçirilən STEAM Azərbaycan Festivalında I yerə layiq görülərək qızıl medalla təltif olunub. O, məktəb illərində müxtəlif fənn və layihə müsabiqələrində fəal iştirak edərək uğurlu nəticələr qazanıb və bilik, bacarıqları ilə seçilib.
İcra başçısı Ayan Niftəliyevanı qazandığı yüksək nailiyyətlər münasibətilə təbrik edib, onun bu uğurlarının bütün rayon ictimaiyyəti üçün qürurverici olduğunu bildirib. Vurğulanıb ki, şəhid övladlarının təhsildə və digər sahələrdə qazandıqları uğurlar dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının, eləcə də onların əzmkarlığının nümunəsidir.
 
A.Niftəliyeva göstərilən diqqət və səmimi qəbula görə minnətdarlığını ifadə edib, gələcəkdə də təhsilini uğurla davam etdirərək Vətənə layiqli mütəxəssis kimi xidmət etmək əzmində olduğunu bildirib.
 
Ayana gələcək təhsil və həyat yolunda yeni uğurlar arzulanıb, təşəkkürnamə və hədiyyə təqdim olunub.






Redaktorun seçimi