ADNSU-da tələbələr üçün “Gəlir modeli və maliyyə planlaşdırması” mövzusunda təlim keçirilib

Hit: 162
ADNSU-da tələbələr üçün “Gəlir modeli və maliyyə planlaşdırması” mövzusunda təlim keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “Ignite” İnkubasiya proqramı çərçivəsində “Gəlir Modeli və Maliyyə Planlaşdırması” mövzusunda növbəti təlim təşkil olunub.
 
Təlim zamanı iştirakçılara startapların maliyyə planlaşdırılması, dayanıqlı gəlir modelinin qurulması və biznesin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi barədə ətraflı məlumat verilib. Sessiya çərçivəsində proqram təminatı xidməti modeli, biznesdən biznesə və biznesdən müştəriyə satış modelləri, qiymət strategiyası, vahid iqtisadi göstəricilər, pul axını və maliyyə sərfiyyatı anlayışları praktiki nümunələrlə izah olunub.
 
Mentor, Bonpara və ecomX şirkətlərinin təsisçisi Orxan Əhmədov iştirakçılarla maliyyə idarəçiliyi və startapların ilkin büdcəsinin hazırlanması ilə bağlı praktiki bilik və təcrübələrini bölüşüb.
 
İnteraktiv formatda təşkil olunan təlim müzakirələr, real nümunələr və iştirakçıların biznes ideyaları üzərində aparılan analizlərlə davam etdirilib. İştirakçılar təqdim olunan metod və yanaşmalar vasitəsilə öz startaplarının maliyyə potensialını qiymətləndirmək və daha effektiv biznes modeli formalaşdırmaq imkanı əldə ediblər.
 
Təlimin əsas məqsədi iştirakçılara startapların maliyyə dayanıqlığının təmin olunması, düzgün gəlir modelinin seçilməsi və biznesin inkişaf strategiyalarının formalaşdırılması ilə bağlı praktiki bilik və bacarıqlar qazandırmaq olub.






Redaktorun seçimi