Xarici dillər kafedrasına ingilis dili müəllimi vəzifəsinə vakansiya elan edilir

Hit: 271
Xarici dillər kafedrasına ingilis dili müəllimi vəzifəsinə vakansiya elan edilir
Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasına 2026/2027-ci tədris ili üzrə ingilis dili müəllimi (tam ştat) vəzifəsinə vakansiya elan edilir. 
 
Tələblər:
 
Ali təhsil (ingilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik, ingilis dili və ədəbiyyatı ixtisaslarında magistr dərəcəsi);
 
İngilis dilinin tədrisi üzrə minimum 2(iki)-5(beş) il pedaqoji təcrübə;
 
Beynəlxalq dil sertifikatına (CELTA, DELTA, İELTS 7.5) malik olmaq.
 
Dil və təlim sertifikatı üzrə tələblər:
 
CELTA və ya DELTA sertifikatı üzrə uğurlu nəticə (Pass, Pass B və ya Pass A kimi nəticələr qəbul edilir);
 
İngilis dilində motivasiya məktubu;
 
İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
 
Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
 
Yüksək kommunikasiya və tədqiqatçılıq bacarıqları.
 
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini və beynəlxalq dil sertifikatlarını (CELTA, DELTA, İELTS 7.5) [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Qeyd: Namizədlərin seçimi müsahibə və demo dərs mərhələləri əsasında həyata keçiriləcək.
 
Müraciət üçün son tarix: 30.07.2026






Redaktorun seçimi