İyun ayında 13 694 müraciət daxil olub

Hit: 162
İyun ayında 13 694 müraciət daxil olub
İyun ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 694 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
 
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 196 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 063 müraciət daxil olub.
 
BŞTİ-yə 3 099 sənəd (vətəndaşlar tərəfindən 523 ərizə, Elm və Təhsil Nazirliyindən 576, digər qurumlardan 341, tabelikdə olan təhsil müəssisələrindən 672 məktub və 987 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 336 elektron müraciətə baxılıb.
 
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.






Redaktorun seçimi