AQTA nümayəndəsi EPPO-nun iclasında iştirak edib

Hit: 152
AQTA nümayəndəsi EPPO-nun iclasında iştirak edib
23–26 iyun tarixlərində Tbilisi şəhərində Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) Fitosanitar Qaydalar üzrə İşçi Qrupunun 64-cü iclası keçirilib. 
 
İclasda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev iştirak edib.
 
Tədbirdə bitki sağlamlığının qorunması, karantin tətbiq edilən zərərli orqanizmlərin siyahılarının yenilənməsi, beynəlxalq fitosanitar standartların təkmilləşdirilməsi, diaqnostik standartların təsdiqi, həmçinin, karantin zərərli orqanizmlərin siyahılara daxil edliməsi və ya çıxarılması, yeni standartlarla bağlı məsələlər müzakirə olunub.  
 
Bundan əlavə, EPPO-nun informasiya və kommunikasiya sahəsində həyata keçirdiyi fəaliyyətlər də nəzərdən keçirilib.






Redaktorun seçimi