SDU-da “Məzun Günü” çərçivəsində fərqlənən məzunlar təltif olunublar - FOTOLAR

Hit: 394
SDU-da “Məzun Günü” çərçivəsində fərqlənən məzunlar təltif olunublar - FOTOLAR
Sumqayıt Dövlət Universitetində “Məzun Günü” çərçivəsində yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi və elm-təhsil sahəsindəki fəallıqları ilə seçilən məzunların təltifetmə mərasimi keçirilib. Ümumilikdə 17 məzun fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
 
Təltif olunanlar adından universiteti ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə başa vuran Tarix və coğrafiya fakültəsinin magistr məzunu Nübar Osmanova və həmin fakültənin bakalavr məzunu Rahil Cəfərov çıxış edərək universitet rəhbərliyinə göstərilən etimada görə təşəkkürlərini bildiriblər.
 
Onlar tələbəlik illərinin qazandırdığı bilik, təcrübə və dəyərlərin gələcək həyat yollarında ən möhkəm dayaq olacağını vurğulayaraq bütün məzunları “Məzun Günü” münasibətilə təbrik edib, hər birinə uğurlu gələcək, peşəkar nailiyyətlər və yeni zirvələr fəth etməyi arzulayıblar.
1
1
1
1
1
1
1






Redaktorun seçimi