Fərid Hacıyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Hit: 154
Fərid Hacıyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azərbaycan Respublikasının Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Məmməd Balacanov və Fatimə Eyyubla görüş keçirib.
 
Görüş zamanı qaliblərin peşəkar inkişaf istiqamətləri, idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, dövlət idarəçiliyində institusional yanaşma, parlament fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində praktiki təcrübənin rolu ətrafında fikir mübadiləsi aparılıb.
 
Fərid Hacıyev mentilərlə Milli Məclis Aparatının fəaliyyət istiqamətləri, parlamentlərarası əlaqələrin inkişafı barədə təcrübəsini bölüşüb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
 
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.






Redaktorun seçimi