AzTU-nun iki tələbəsi “Qızların təhsilinə dəstək” layihəsinin məzunu olub

Hit: 157
AzTU-nun iki tələbəsi “Qızların təhsilinə dəstək” layihəsinin məzunu olub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib.
 
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
 
Qeyd olunub ki, “Qızların təhsilinə dəstək” layihəsi qızların ali təhsilə çıxışının genişləndirilməsi və onların gələcək inkişafının dəstəklənməsi məqsədilə həyata keçirilir.
 
“Qızların təhsilinə dəstək” layihəsinin məzunları arasında Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye iqtisadiyyatı və menecment fakültəsinin 4-cü kurs tələbələri Xavər Hüseynzadə və Şərəbanı Rəsulova da var.
 
Adı çəkilən tələbələr bu il AzTU-da bakalavriat təhsillərini də uğurla başa vuraraq məzun olublar.
 
Tədbirdə layihənin builki məzunları təbrik edilib, onlara gül dəstələri təqdim olunub. Daha sonra bədii proqram nümayiş olunub. 






Redaktorun seçimi