“Təmiz Xoşbulaq” layihəsinin icrasına başlanılıb

Hit: 156
“Təmiz Xoşbulaq” layihəsinin icrasına başlanılıb
Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi və Daşkəsən şəhər Kommunal Müəssisləri Kombinatının təşkilatçılığı ilə “Təmiz Xoşbulaq” layihəsinin icrasına start verilib.
 
Xoşbulaq Daşkəsənin təbii gözəllikləri və əlverişli iqlimi ilə seçilən, turistlərin tez-tez üz tutduğu istirahət məkanlarından biridir. “Təmiz Xoşbulaq” layihəsinin məqsədi kənddə ekoloji vəziyyətin yaxşılaşdırılması, məişət tullantılarının düzgün idarə olunmasının təşviqi, təmizlik mədəniyyətinin formalaşdırılması və Xoşbulağın turizm potensialına uyğun təmiz, səliqəli yaşayış mühitinin təmin olunmasıdır. Layihənin həyata keçirilməsinə Azərbaycan Vəkillər Kollegiyası da dəstək göstərib. Kollegiya tərəfindən məişət tullantılarının toplanması üçün 10 ədəd konteyner təqdim olunub.
 
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov layihənin gedişatı ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.
 
Layihə çərçivəsində Xoşbulaq kəndi ərazisində həmçinin genişmiqyaslı təmizlik aksiyası keçirilib. Kənd ərazisi məişət tullantılarından və digər çirkləndirici qalıqlardan təmizlənib, sanitar vəziyyət yaxşılaşdırılıb.
 
Sakinləri və kəndə gələn qonaqları ətraf mühitə həssas yanaşmağa, məişət tullantılarını yalnız bunun üçün ayrılmış konteynerlərə atmağa, təmizliyin qorunmasına həssas yanaşmağa çağırırıq. Təmiz və sağlam ətraf mühitin qorunması hər bir vətəndaşın məsuliyyətidir.






Redaktorun seçimi