BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

Hit: 158
BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
Özbəkistanın Buxara Beynəlxalq Universitetinin rektoru Şarif Baratov Bakı Dövlət Universitetində (BDU) olub.
 
BDU rektoru Elçin Babayev Azərbaycan–Özbəkistan universitetləri arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. Bildirib ki, birgə elmi tədqiqatlar və akademik mübadilə proqramları ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Rektor son illər BDU-nun Özbəkistanın aparıcı təhsil müəssisələri ilə əlaqələrini genişləndirdiyini və qarşılıqlı əməkdaşlıqda mühüm irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb.
 
Görüşdə iki universitet arasında imzalanmış əməkdaşlıq müqaviləsi üzrə görülən işlərin cari vəziyyəti, elm, təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Hər iki universitet arasında beynəlmiləlləşmə, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsi proqramlarının təşkili müzakirə edilib. Görüşdə yeni tədris ilindən “Psixologiya” və “Pedaqogika” ixtisasları üzrə müəllim-tələbə mübadiləsinin aparılması barədə razılıq əldə olunub.






Redaktorun seçimi