Baş Prokurorluqda hazırlıq kursu keçirilib

Hit: 193
Baş Prokurorluqda hazırlıq kursu keçirilib
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən Azərbaycan Respublikasının prokurorluq orqanlarına 2026-cı ildə ilk dəfə qulluğa qəbul olunmuş və stajorluq keçən əməkdaşlar üçün 3–25 iyun tarixlərində hazırlıq kursu keçirilib.
 
Kursa təlimçi qismində prokurorluq orqanlarının təcrübəli əməkdaşları ilə yanaşı, Ədliyyə və Səhiyyə nazirliklərinin ekspertiza sahəsində fəaliyyət göstərən mütəxəssislər, hakimlər, vəkillər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və Bakı Dövlət Universitetinin professor-müəllim heyəti cəlb olunub.
 
Məşğələlər müasir informasiya-kommunikasiya texnologiyalarından, interaktiv təlim metodlarından və təhlil-tədqiqat materiallarından geniş istifadə edilməklə keçirilib, dinləyicilərin peşə bilik və bacarıqlarının inkişafına, eləcə də praktik vərdişlərinin formalaşdırılmasına xidmət edib.
 
Kurs müddətində dinləyicilər tədris olunan mövzulara böyük maraq göstərib, məşğələlərdə yüksək fəallıq nümayiş etdirib, təlimçilərlə aparılan müzakirələr zamanı onları maraqlandıran suallar ətraflı cavablandırılıb.






Redaktorun seçimi