İriçaplı pulemyot heyətinin hazırlıq kursunun buraxılış mərasimi keçirilib

Hit: 180
İriçaplı pulemyot heyətinin hazırlıq kursunun buraxılış mərasimi keçirilib
2026-cı ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "İriçaplı pulemyot heyətinin hazırlıq kursu"nun 1-ci buraxılış mərasimi keçirilib. 
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə polkovnik Ceyhun Məmmədov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Çıxışda Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyəti xüsusi vurğulanıb.
Məzunlar isə öz növbələrində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuzun daha da qüdrətlənməsi üçün üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
 
Sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.






Redaktorun seçimi