DMX rəisi beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Hit: 172
DMX rəisi beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Mentorluq Proqramı çərçivəsində beşinci Yüksəliş müsabiqəsinin qalibləri Kamran Sadıxlı və Fərid Mustafayevlə fərdi görüşlər keçirib.
 
Görüşlər zamanı mentorluq proqramı çərçivəsində görülən işlər nəzərdən keçirilib, mentiləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. Mentorluq proqramı çərçivəsində gələcək planlar müzakirə olunub.
 
Qeyd edək ki, Xidmət rəisi Vüsal Hüseynov beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Kamran Sadıxlı və Fərid Mustafayevin mentorudur.
 
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.






Redaktorun seçimi