Şahin Seyidzadə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Hit: 182
Şahin Seyidzadə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Milli Məclisin deputatı Şahin Seyidzadə Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Numrəddin Hüseynov və Əliağa Ağayev ilə görüş keçirib.
 
Görüşdə qaliblərin fərdi inkişaf istiqamətləri, liderlik bacarıqlarının gücləndirilməsi, idarəetmə təcrübəsinin artırılması və gələcək karyera hədəfləri ətrafında fikir mübadiləsi aparılıb. Şahin Seyidzadə mentilərə idarəçilik təcrübəsini bölüşərək davamlı inkişafın, strateji düşüncənin və düzgün qərarvermə bacarığının peşəkar uğurda mühüm rol oynadığını vurğulayıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
 
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.






Redaktorun seçimi