Türkman irsinə həsr olunan yeni musiqi əsəri ictimaiyyətə təqdim olunub
“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi “Kərkük Oğuz Gözəli” adlı yeni musiqi əsəri ərsəyə gətirib. Mahnının sözlərinin müəllifi akademik Rafael Hüseynov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Əsəri Əməkdar artist, görkəmli vokal ustası Ramil Qasımov ifa edib.
Estrada-simfonik orkestr və xor kollektivinin də iştirakı ilə yüksək estetik zövqlə işlənilmiş əsər Kərkükün qədim Oğuz-türk ruhunu, Azərbaycanla mənəvi tellərini canlandırır.
Musiqi əsərinin ictimaiyyətə təqdimatı 2026-cı il iyunun 25-də Bakıda keçirilmiş II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu zamanı olub.
“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi musiqi əsərinin klip çəkilişlərinin İraq və Suriyada aparacaq.
Layihənin donoru Azərbaycanın QHT Agentliyidir.




































































