Müəllimlərin VI Şəbəkələşmə Forumu - “Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq”
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının maliyyə dəstəyi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə keçiriləcək Müəllimlərin VI Şəbəkələşmə Forumuna qeydiyyat başlayır.
Tədbir müxtəlif mədəniyyətləri təmsil edən pedaqoqları bir araya gətirərək ortaq təhsil dəyərləri ətrafında birləşməyə, yeni təşəbbüslərin formalaşdırılmasına və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən müəllimlər arasında güclü peşəkar şəbəkənin yaradılmasına töhfə verəcək.
Məkan: Qax rayonu, El Resort Hotel
Tarix: 4 İyul
Saat: 10:00
Qeydiyyat linki: https://forms.gle/LyhjJyDy7UgK4MiR6
Nəzərinizə çatdırırıq ki, forum iştirakçılarının Qax rayonuna nəqliyyatla daşınması təşkilatçılar tərəfindən təmin olunmur. İştirakçılar tədbir məkanına öz imkanları hesabına gəlməlidirlər.




































































