“Narkomanlığa birlikdə Yox deyək!” devizi altında maarifləndirici tədbir keçirilib
Lerik şəhər Heydər Əliyev Mərkəzində “26 iyun - BMT-nin Narkotiklə Mübarizə Günü” ilə əlaqədar yeniyetmə, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Narkomanlığa birlikdə Yox deyək!” devizi altında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Arzu Vəliməmmədova, rayon icra hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Araz Quliyev, rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Amil Kərimov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov tədbirdə çıxış edərək yeniyetmə və gənclərə narkomanlığın insan orqanizminə məhvedici təsiri, törətdiyi bəlalar, cəmiyyətə və ailəyə vurduğu ziyanlar barədə məlumat vermiş, yeniyetmə və gəncləri rayon təşkilatlarının tədbir və kampaniyalarında fəal iştiraka dəvət ediblər.




































































