26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
Xaçmaz Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
Bayram tədbirində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb. Rayon rəhbəri Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, qazanılmış tarixi Zəfərdən sonra azad edilmiş torpaqlarımızda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən nəhəng quruculuq və abadlıq işlərindən danışıb.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov öz növbəsində tədbirin əhəmiyyətindən bəhs edərək, ordu-cəmiyyət birliyinin möhkəmləndirilməsində və vətənpərvərlik təbliğatında siyasi təşkilatın fəal rolunu qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Gündüz Abdullayev, Dövlət Sərhəd Xidmətinin Xudat Sərhəd Dəstəsinin rəisi Elvin Səlimov və ehtiyatda olan zabit Məmmədşah Məmmədov da çıxış edərək hərbçilərimizi bayram münasibətilə təbrik ediblər.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərmanlar və hədiyyələr təqdim edilib. Tədbir hərbi-vətənpərvərlik mahnılarından ibarət konsert proqramı ilə yekunlaşıb


































































