Məhkumlara psixoloji seminar təşkil edilib

Hit: 175
Məhkumlara psixoloji seminar təşkil edilib
Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyasının gücləndirilməsi, onlarla aparılan tərbiyəvi, sosial və psixoloji işin təkmilləşdirilməsi məqsədilə Tərbiyə işinin təşkili idarəsinin Psixoloji və sosial iş şöbəsi tərəfindən 10 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün “Şəxsiyyətlərarası münasibətlərin tənzimlənməsində emosional intellektin rolu” mövzusunda seminar təşkil edilib.
 
Seminar zamanı məhkumlarla maarifləndirici söhbətlər aparılıb, emosional intellektin psixi sağlamlıqda rolu haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra məhkumların qarşılıqlı münasibətlərdə emosiya və davranışlarını necə tənzimlədiklərinə dair qiymətləndirmə aparılıb.






Redaktorun seçimi