Niyazi Bayramov şəhid Orxan Yusubovun atasını ziyarət edib

Hit: 166
Niyazi Bayramov şəhid Orxan Yusubovun atasını ziyarət edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 44 günlük Vətən müharibəsində şəhid olmuş Yusubov Orxan Allahverdi oğlunun atası Allahverdi Yusubovu səhhətində yaranmış problemlə əlaqədar müalicə aldığı xəstəxanada ziyarət edib.
 
Şəhər rəhbəri onun səhhəti ilə maraqlanıb və şəhid atasına Allahdan şəfa diləyib.
 
Allahverdi Yusubov öz növbəsində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
 
Qeyd edək ki, Orxan Yusubov 27 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.






Redaktorun seçimi