İctimaiyyətlə əlaqələr genişləndirilir

Hit: 164
İctimaiyyətlə əlaqələr genişləndirilir
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş ve­rən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətindəki işlər 2025-2026-cı tədris ilində də müvafiq qaydada yerinə yetirilib.
 
BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan 750-yə yaxın sorğu cavablandırılıb.
 
Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün əlverişli şərait yaradılıb. Müvafiq islahatlar və yeniliklər ictimaiyyət üçün şərh edilib, İdarə rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.
 
BŞTİ-nin tabeliyindəki ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə effektiv kommunikasiyanın təmin olunmasına dair görüşlər keçirilib.
 
İctimai maraq doğuran şəxslərlə şagirdlərin görüşləri təşkil olunub, paytaxt məktəblərinin uğurlarının geniş auditoriyada yayımlanması ilə bağlı layihələr həyata keçirilib.






Redaktorun seçimi