“Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici görüş
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul şəxsləri, Neftçala Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru, müəllimlər və çoxsaylı yeniyetmələr iştirak edib.
Görüş zamanı iştirakçılara gənclərin fiziki və mənəvi sağlamlığına təhlükə yaradan asılılıqların fəsadları diqqətə çatdırılıb, asudə vaxtın düzgün təşkili, şahmat və digər idman növləri ilə məşğul olmağın intellektual və fiziki inkişafa müsbət təsirləri vurğulanıb. Eləcə də, sağlam inkişaf üçün düzgün qidalanma rejiminin əhəmiyyəti barədə məlumat verilib.
Sonda mövzunun dərindən mənimsənilməsi və gənclərin gündəlik həyatda bu qaydalara əməl etməsi məqsədilə məlumatlandırıcı kitabçalar, maarifləndirici bukletlər şagirdlər, müəllimlər və valideynlərə paylanılıb, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




































































