Agentlikdə növbəti vətəndaş qəbulu təşkil olunub

Hit: 170
Agentlikdə növbəti vətəndaş qəbulu təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulu keçirib. 
 
Qəbul zamanı vətəndaşların müxtəlif mövzularda müraciətlərinə baxılıb, onların sualları cavablandırılıb. 
 
Əlavə araşdırma və yoxlanılma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. 
 
Mütəmadi keçirilən qəbullara yazılmaq istəyən vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625, 5614) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.






Redaktorun seçimi