Pensiyaçılara şad xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 19-da respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Faktor.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Beləliklə, iyun ayı üzrə pensiya ödənişləri respublika üzrə tam başa çatdırılmış olacaq.





































































