Ölkəmizdə təkdırnaqlı heyvanlar arasında epizootoloji vəziyyət sabitdir

Hit: 164
Ölkəmizdə təkdırnaqlı heyvanlar arasında epizootoloji vəziyyət sabitdir
2026-cı il 20-30 aprel tarixlərində Epizootiya Əleyhinə Tədbirlər Planına uyğun olaraq respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında təkdırnaqlı heyvanların xüsusi təhlükəli xəstəlikləri üzrə epizootoloji monitorinqlər həyata keçirilib.
 
Monitorinqlərin əsas məqsədi xəstəliklərin erkən aşkarlanması, epizootoloji vəziyyətin qiymətləndirilməsi, atların Afrika xəstəliyi üzrə xəstəlikdən azad statusunun qorunub saxlanılması və beynəlxalq hesabatlılığın təmin edilməsindən ibarət olub. Atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlardan diaqnostik nümunələr götürülüb. Təsərrüfatlara baxış keçirilib, heyvan sahiblərinə maarifləndirici çap materialları təqdim edilib. Monitorinqlər zamanı götürülən nümunələr və epizootoloji vəziyyətə dair məlumatlar “Epicollect5” proqramına daxil edilib.
 
Aparılan müşahidələrin və laborator müayinələrin nəticələrinə əsasən, təkdırnaqlı heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə şübhə yaradan klinik əlamətlər qeydə alınmayıb, həmçinin həmin xəstəliklərin törədiciləri aşkar edilməyib.






Redaktorun seçimi