Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında Xəzər dənizinin Bilgəh sahilində təşkil olunan təmizlik aksiyasına Wood Nobel Energy şirkəti qoşulub.
Şirkət əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya zamanı sahil zolağından 100 kiloqramdan artıq məişət tullantısı toplanaraq aidiyyəti üzrə təhvil verilib.
Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasının təşviqi, sahilyanı ərazilərin tullantılarla çirklənməsinin qarşısının alınması və ictimaiyyət arasında ətraf mühitə qarşı məsuliyyətli münasibətin formalaşdırılmasıdır.
Təbiətin qorunması hər birimizin ortaq məsuliyyətidir. Daha təmiz sahillər və sağlam ətraf mühit naminə belə aksiyalar mühüm əhəmiyyət daşıyır.





































































