DMX-da Tailand Krallığının nümayəndə heyəti ilə görüş keçirilib
Dövlət Miqrasiya Xidmətində Tailand Krallığının nümayəndə heyəti ilə DMX-nin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə Tailand Krallığının Xarici İşlər Nazirliyinin və Ankara şəhərindəki Səfirliyinin nümayəndələri iştirak edib.
Qonaqları səmimi salamlayan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov Xidmət və onun fəaliyyət istiqamətləri, miqrasiya qanunvericiliyi, miqrasiya uçotu, olma və yaşama qaydaları barədə ətraflı məlumat verib.
Səmimi qarşılanmadan məmnunluğunu bildirən Tailand Krallığının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Mungkorn Pratomkaev görüşün təşkili və Xidmətin fəaliyyəti ilə bağlı ətraflı məlumat üçün təşəkkür edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







































































