“Tarixin dönüş anı” adlı mühazirə keçirilib
15 İyun – Milli Qurtuluş Günü münasibətilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Hacıqabul şəhər İ.Ələkbərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Tarixin dönüş anı” adlı mühazirə keçirilib.
Tədbirdə qeyd olunub ki, 15 İyun Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən, dövlət müstəqilliyinin qorunub saxlanılması və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi bir gündür.
Bildirilib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə siyasi sabitliyin bərpa olunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə və Azərbaycanın inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaradıb.
Mühazirə zamanı məktəblilərə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində gördüyü xidmətlər barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda şagirdlərlə mövzu ətrafında sual-cavab aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və gənclərin tariximizə, milli dəyərlərimizə marağının artırılmasının vacibliyi vurğulanıb.



































































