Taleh Qaraşov sakinlərin qayğı və problemlərini dinləyib

Hit: 160
Taleh Qaraşov sakinlərin qayğı və problemlərini dinləyib
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu ucqar dağ kəndləri olan Tuado və Köhnə Gəgir kəndlərinin sakinləri ilə keçirib.
 
Səyyar görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər. 
Taleh Qaraşov ötən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib və dövlət başçısı cənab İlham Əliyevin dağ kəndlərinin əhalisinin sosial-iqtisadi problemlərinə daha həssas yanaşılması barədə tapşırığını xatırladaraq bildirib ki, qaldırılan bütün məsələlər şəxsi nəzarətindədir. 
Görüş-qəbulda ədalətli qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər yerindəcə həllini tapıb, digər məsələlər barədə isə səlahiyyətli şəxslərə aidiyyəti qurumlara rəsmi müraciət olunması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb.
 
Tuado və Köhnə Gəgir kəndlərinin sakinləri respublikanın ən ucqar ərazilərinin belə inkişafının diqqətdə saxlanılmasına, bu istiqamətdə bütün mümkün imkanların səfərbər olunmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 






Redaktorun seçimi