ASAN AI Hub-ın rəhbəri Gənclərin Süni İntellekt Forumunda çıxış edib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forumda "Gənclərin karyera inkişafında süni intellektin rolu: imkanlar və çağırışlar" mövzusunda panel sessiyası təşkil olunub. Sessiyada çıxışı edən ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova gəncləri süni intellektin əmək bazarına təsiri və gələcəyin peşələri ilə bağlı gəncləri geniş yayılmış yanaşmalara fərqli prizmadan baxmağa dəvət edib.
Qeyd olunub ki, əsas sual süni intellektin insanları əvəz edib-etməyəcəyi deyil, insanların bu transformasiya dövründə özlərini necə inkişaf etdirəcəyi və gələcəyin formalaşmasında hansı rolu oynayacağıdır.
Müzakirələrdə süni intellektin yaratdığı yeni imkanlar, texnologiyanın inkişafı ilə formalaşa biləcək bolluq cəmiyyəti və süni intellektin gələcəyinin hansı dəyərlər üzərində qurulacağı kimi mühüm məsələlərə toxunulub.
Sessiya iştirakçılarla interaktiv müzakirələr, sual-cavab və fikir mübadiləsi şəraitində davam edib.




































































