“Əlilliyi olan şəxslərin hüquqları və ayrı-seçkiliyə qarşı mübarizə” mövzusunda təlim keçirilib
DOST Agentliyinin “Könüllü DOST” proqramının üzvləri üçün “Əlilliyi olan şəxslərin hüquqları və ayrı-seçkiliyə qarşı mübarizə” mövzusunda təlim keçirilib.
Agentliyin əməkdaşı Amid Həsənquliyev iştirakçılara əlilliyi olan şəxslərin hüquqları, inklüziv cəmiyyət anlayışı, əlillik və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə bağlı müasir yanaşmalar, ayrı-seçkiliyin mahiyyəti və onunla mübarizə yolları barədə ətraflı məlumat verib.
Görüşdə inklüzivlik və müyəssərlik, cəmiyyətin bu sahədə rolu, düzgün terminologiyanın istifadəsi, dilimizdə mövcud stereotiplər və əlilliyi olan şəxslərlə düzgün ünsiyyət prinsipləri də müzakirə olunub.
Təlim çərçivəsində iştirakçılarla interaktiv müzakirələr aparılıb, real həyat nümunələri üzərində fikir mübadiləsi həyata keçirilib.




































































