Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Hit: 150
Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may ayları ərzində 19,4 min şəxsə əlillik təyin edilib.
 
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Faktor.az-a verilən məlumata görə, onlardan 8,6 min şəxsə ilkin, 10,8 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
 
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
 
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir






Redaktorun seçimi