Neftçala şəhəri ərazisində təmizlik aksiyası keçirildi

Hit: 163
Neftçala şəhəri ərazisində təmizlik aksiyası keçirildi
Şəhərsalma və Memarlıq ili çərçivəsində Neftçala şəhərində genişmiqyaslı ekoloji təmizlik aksiyası təşkil olunub. Aksiyanın məqsədi şəhərin memarlıq simasını qorumaq, ictimai ərazilərin sanitar-gigiyenik vəziyyətini yaxşılaşdırmaq və əhali arasında ekoloji mədəniyyət və şəhərsalma məsuliyyətini formalaşdırmaqdır.
 
 Aksiya çərçivəsində Neftçala şəhərinin M.Ə. Sabir, V.Eynullayev, M.Ə.Rəsulzadə, R.Səfərov küçələrində rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yol kənarı ərazilərin bərk məişət tullantılarından, yabanı ot və tikandan təmizlənməsi  həyata keçirilib. Aksiya çərçivəsində 115 nəfərdən çox təmizlik işçisi, bələdiyyə və digər təşkilatların nümayəndələri iştirak edib, məişət tullantıları toplanaraq şəhər poliqonuna daşınıb.
 
 Şəhərsalma və Memarlıq ili çərçivəsində Neftçala şəhərinin, o cümlədən Neftçala rayonunun qəsəbə və kəndlərində ərazilərin təmizlənməsi, parklarda abadlıq işlərinin aparılması, yol kənarı ərazilərin abadlaşdırılması diqqət mərkəzində saxlanır və təmizlik aksiyalarının il ərzində mütəmadi keçirilməsi ilə bağlı şəhər və digər yaşayış məntəqələrinin bölgüsü təsdiq edilib.
 
Təmizlik aksiyası Neftçala şəhərinin küçələrini və eyni zamanda park və meydanları əhatə etməklə yanaşı, könüllü gəclərdən ibarət təşkil edilmiş monitorinq qrupunun müəyyən etdiyi ərazilərdə də  həyata keçirilir. Şəhərimizin təmizliyini qorumaq istiqamətində profilaktiki təmizlik işləri ilə yanaşı təmizlik aksiyalarının keçirilməsi şəhər ərazisinin təmiz, abad saxlanılmasına öz töhfəsini verir.
 
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala rayonunda il boyu abadlıq və təmizlik işləri davam etdiriləcəkdir.






Redaktorun seçimi